25 Oktyabr 2019 14:35
2 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva ARB-də “Show News” verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, gənc ifaçı ailə həyatında məntiqi evliliyinə üstünlük verdiyini deyib: “Ailə həyatı qurmaq istəyirəm. Amma sevgi ilə ailə davam etmir. Sevgiyə gərək yoxdur, qarşılıqlı hörmət olmalıdır. Məntiq evliliyi daha yaxşıdır.

Qızım Selena çox darıxır, bacı-qardaş istəyir. İllərdir ürəyim kilidlidir. Elə bir insan artıq olmayacaq.

Hər insan ana və ata ola bilməz. O yükü daşımaq hər adamın işi deyil. Anamla heç vaxt ayrı qalmamışıq. Təklikdən çox qorxuram. Bilirəm ki, Selena böyüyəcək və ailə həyatı quracaq”.



Müəllif: Teleqraf.com