25 Oktyabr 2019 15:58
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nazəninin yeni duet ortağı məlum olub.

Teleqraf.com xəbər verir ki, ifaçı bu dəfə həmkarı və dostu Əflatun Qubadovla “Ay ömrüm günüm” adlı mahnını lentə aldırıb.

Nazənin yeni işləri barəsində təəssüratlarını da bölüşüb: “Duet ortağı seçmək çətin məsələdir. Duet ifa etmək üçün mahnı seçmək də ondan çətindir. Bu sənətdə çox nadir insanlar var ki, onlara həqiqətən də dost demək olar.

Əflatun mənə həm dost, həm də qardaşdır. Birgə mahnı ifa etmək çoxdankı ideyamız idi. Onu təqdim etmək qisməti bu günə imiş. İlk dəfə “Hər şey daxil” verilişində ifa etdik, amma bu gündən etibarən “Youtube” yüklənib. Düşünürəm ki, bu mahnı insanlar tərəfindən seviləcək”.

Qeyd edək ki, Nazənin bu günə qədər Cabbar Musayev, Elşad Əzizi, Rövşən Məmmədovla duet oxuyub.


Müəllif: Teleqraf.com