25 Oktyabr 2019 20:16
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə geyim mağaasında işləyən 21 yaşlı Lidia Robert sevgilisi, iş adamı Adam Vellsin telefonuna baxdıqdan sonra intihar edib.

Teleqraf.com xəbər verir ki, gənc qız sevgilisinin ikinci telefonu olduğundan şübhələnib. Axtarışdan sonra şübhələrin doğru çıxan qız gördükləri qarşısında dəhşətə gəlib.

Adamın telefonunda uşaq təcavüzünə dair videolar olub. Gənc qız videolarla bağlı sevgilisindən izahat tələb etdikdə, Adam işin üstünün açıldığını anlayıb və qızı evdə tək qoyub gedib. Geri qayıtdıqda isə Lidianı asılmış vəziyyətdə görüb.

A. Vells təcavüz səbəbilə hazırda həbsxanadadır.


Müəllif: Teleqraf.com