27 Oktyabr 2019 14:59
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nuri Sərinləndiricinin Heydər Əliyev adına Sarayda növbəti konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, ifaçı konsertdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

"Həyəcanlıyam. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bizi sevənlər olmasa, konsertimiz baş tutmaz. Hər kəsə təşəkkür edirəm", - deyə bildirib.

İfaçı "Övladınızın gələcəkdə müğənni olmasını istəyərsinizmi?" sualına isə belə cavab verib: "Övladım böyüdükdən sonra özü seçim edəcək. Hansı vəzifədə çalışması fərq etməz, istər müəllim, istər həkim, istər də müğənni olsun. Ən əsası işi düzgün bacarsın".

Anşlaqla keçən konsertdə Nuri Sərinləndirici Jane ilə duetlərini və solo ifalarını təqdim edib. İki günlük konsertin ilk günündə zalın dolu olması diqqət çəkib.

Qeyd edək ki, Nuri Sərinləndirici bu gün də Heydər Əliyev adına Sarayda konsert proqramı ilə çıxış edəcək.
Gecədə aparıcı Nəsib Nur olub.


Müəllif: Rəqsanə Həsənova