28 Oktyabr 2019 17:46
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Hidayət Rəsulov adlı şəxs oğlunun müğənni olduğunu və ona sahib çıxmadığını iddia edib.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan ifaçı canlı yayımda telefon bağlantısı ilə öz fikrini bildirib:

“Bu haqda danışmaq mənim üçün çox çətindir. Ailəm, özüm əsəb keçirirəm. 20 il öncə atılan bir övlad nə deyə bilər? Mən, bacı və qardaşlarım necə böyüyüb bilmirsiniz! Çətin günlərimiz olub. Hal-hazırda öz problemlərim özümə bəs edir. O insanla aramızdakı bağlar qırılıb”.


Müəllif: Naibə Qurbanova