29 Oktyabr 2019 12:55
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdən evinə buraxılan Fədayə Laçın anasının Buzovnadakı evində mətbuat nümayəndələri ilə görüşüb.

Fədayə Laçın Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Həbsdən çıxmağım belə olmamalı idi. Mənə səhər dedilər ki, hazırlaş, çıxırsan. Taksiyə oturdum, evə gəldim. Orada dörd qapı var. Bilmirəm məni hansı qapıdan çıxardılar. Həbsdə dörd divar arasında yaşadım. İki-üç gün idi ki, yatmırdım. Dünən gecə yuxusuz olduğum üçün yatdım”.

İfaçı səhhətindən də danışıb: “Səhhətimdə problem olmayıb. İki ildə bir dəfə də qrip olmadım”.

Fədayə Laçın həbsdə keçən günləri haqqında da danışıb: “Ailəmin, dostlarımın, əzilərimin həsrətini çəkdim. Aya həsrət qaldım. Hər şey Allahın izni ilə baş verdi. Allahdan gələn bəla da onun lütfü də xoşdur. Sevənlərimə deyirəm ki, bir daha sizi üzməyəcəm. Sizi üzdüyüm üçün bağışlayın.

Həbsxanada da mənə çox yaxşı münasibət var idi. Səhnəyə qayıdacam. Həsrətli mahnılar çoxdur. Həbsdə də həsrətli mahnılar oxuyurdum. Heç vaxt üsyan etmədim. Azadlığa buraxılacağımı eşidəndə çox sevindim. Ağlamadım. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.


Müəllif: Rəqsanə Həsənova