30 Oktyabr 2019 20:39
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"MGP"nin dəstəyi ilə ərsəyə gələn "Maşın" realiti-şounun "Maskarad" adlı sürətinin qalibi aparıcı Suna Kasımoğluna avtomobil təqdim edilib.

Şounun aparıcısı Murad Dadaşov Teleqraf.com-a açıqlamasında "Suna Kasımoğlu finala qaldı. Bu gözəl avtomobili Suna xanıma təqdim edirik. "Maşın" realiti şou artıq bitdi. Biz layihənin ən pik nöqtəsində tamaşaçılarla ayrılırıq, amma yeni layihələrə başlayırıq" deyə qeyd edib.

Suna Kasımoğlu 50 min manatlıq dəyərində "Opel İNSİGNİA" avtomobilinə sahib olub.

Qeyd edək ki, "Maşın" şouda xalq artistləri Fatma Mahmudova, Bilal Əliyev, meyxanaçı Aqşın Fateh, müğənnilər Ayan Babakişiyeva, Kərim Abbasov, Ramal İsrafilov, Türkan Vəlizadə, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami, Aysun İsmayılova, Fuad Musayev aparıcılar Kəmalə Piriyeva, Suna Kasımoğlu, Lalə Mustafayeva, Zümrüd Qasımova və aktyor Məcid Hüseynov iştirak ediblər.

"Maşın" şou ATV kanalında yayımlanıb.


Müəllif: Teleqraf.com