2 Noyabr 2019 14:10
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm”.

Bu sözləri Teleqraf.com-a müğənni Zamiq Hüseynov deyib.

O, ata olması haqqında yayılan xəbərlərə münasibət bildirib: “Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir.

Bir müddətdir ata olub-olmamadığım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiz. Şəxsi həyatımı gizlətmək, bu barədə danışmamaq kimi bir haqqım var. Bu mənim xarakterimdən irəli gələn bir məsələdir.

Bəli, bu gün etiraf edirəm. Mən bir müddət əvvəl rəsmən ailə qurmuşam. Bu nikahdan bir aya yaxındır oğlum Zeyn dünyaya gəlib.

Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər