5 Noyabr 2019 12:25
2 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış reper Qurd (Fərid Eminov) müğənni Aysun İsmayılova ilə sevgili olması haqqında yayılan iddialara ilk dəfə cavab verib.

Reper Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Biz sosial insanlarıq. Öz dinləyicilərimizi hər zaman maraqda saxlamaq məcburiyyətindəyik. Həqiqət olub-olmamasını həyat özü göstərəcək. Ona görə öncədən bilmək olmaz".

Reper əməkdaşımızın "Aysun İsmayılovaya aşiq ola bilərsinizmi?" sualını isə belə cavablandırıb: "Qəlbə və beyinə əmr etmək olmur. Beyinlə qəlb bir-birinə bağlıdır. Qəlb onu seçir, beyin isə qəbul edir".

Qurd sənətindəki yenilikdən də danışıb: "İki xalq artisti ilə duet gözlənilir. Adlarını öncədən açıqlamaq istəmirəm. Yeni ilə qədər 6 duet və bir solo mahnı təqdim edəcəm".

Qeyd edək ki, Qurd ilə Aysun İsmayılovanın “Maşın şou”dan sonra sevgili olduğu iddia edilmişdi.


Müəllif: Rəqsanə Həsənova