“Möhtəşəm Yüz il” serialı ilə adını serial tarixinə qızıl hərflərlə yazdıran prodüser Timur Savcı verdiyi sözü tutdu.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin əvvəlində serial sektorunu tərk edəcəyini deyən T.Savcı çox yorulduğunu dilə gətirmiş, iki il Türkiyədən uzaqda yaşayacağını bildirmişdi.
Ailəsi ilə iki il Amerikada yaşayacaq prodüser rəhbəri olduğu "TİMS prodakşın"ın əməkdaşları üçün vida mərasimi keçirib. Prodüseri, onun həyat yoldaşı Banu Savcını, üç övladını yola salan əməkdaşlar “Tez gedin, tez gəlin” şüarlı pankartlar hazırlayıblar.
Vida mərasimində tanınmış rejissor Çağan İrmak da iştirak edib.
Qeyd edək ki, TİMS “Möhtəşəm yüz il”dən əlavə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan “Çalıquşu”, “Kavak yelləri”, “Bir bulud olsam”, “Suskunlar”, “Mələklər qorusun”, “Küçük sırlar” və s. istehsalçısıdır.
Pərvin