Türkiyəli məşhur aktrisası Songül Öden “BeStyle” dərgisinə müsahibə verib.
Teleqraf.com xəbər verir ki, maraqlı açıqlması ilə diqqət çəkən Songül Öden “Sizə fiziki və psixoloji zorakılıq ediblərmi?” sualına belə cavab verib:
“Bu suala təəssüf ki, xeyr deyəcək qadın yoxdur. Bunu statistika da göstərir. Mən də yer üzünün bir parçasıyam və sizin kimi bu statistikanın içindəyəm. Şiddət görməyən qadın yoxdur. Buna laqeyd münasibət göstərsək onlara daha da cəsarətlənəcəklər.
Əgər şiddət görüb susursansa sən də günahkarsan”.
Aktrisa insanların başına gəlmiş təcavüz, qısqanma, zorakılıq anlarını paylaşdığı “Me Too”(Mən də) kampaniyasını dəstəklədiyini deyib.
Qeyd edək ki, Söngül Öden ölkəmizdə “Gümüş” serailından sonra məşhurlaşıb. O, serialda aktyor Kıvanc Tatlıtuğla tərəf müqabili olub.