15 Noyabr 01:17
227

Xalq artisti Aygün Kazımova bir neçə gündür anons etdiyi yeni klipini pərəstişkarlarının ixtiyarına verib.

Teleqraf.com xəbər verir ki, “Ehtiyacım var” adlı mahnının ekran həlli rejissor Elman Bayramova həvalə edilib.

Mahnının sözləri İsmayıl Əsədov və Saleh Səbata, musiqisi də İ.Əsədova aiddir.

Amerikada lentə alınan ekran işi artıq Kazımovanın “Youtube” kanalında yerləşdirilib.


Müəllif: Teleqraf.com