ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Tacir Şahmalıoğlu olub.
Teleqraf.com xəbər verir ki, sənətçi azadlığa çıxan ifaçı Fədayə Laçın haqqında maraqlı açıqlama verib:
“Həbs müddətində Fədayəyə baş çəkmək mümkün olmadı. Çünki ailə üzvlərindən başqa heç kimi yanına buraxmırdılar. Bacısı İlahə Fəda nə danışdığını bilmir. O, Fədayənin işinə qarışmasa yaxşıdır. Çünki Fədayə ağıllı- başlı qızdır. İnsanın başına hər iş gələ bilər, ayağı çuxura da düşə bilər. İlahə elə şərait yaradır ki, Fədayə öz müəllimini unutsun.
Ona sənəti mən vermişəm, oxumağı öyrətmişəm. Fədayəni güclü ifaçı mən etmişəm. Tövsiyə edərdim ki, Fədayə öz ağlı ilə hərəkət etsin.
İlahə deyib ki, Tacir yaxşı müəllim olsaydı, Fədayə həbsxanaya düşməzdi. Mənim başqa işim yoxdur ki, düşüm Fədayəni güdüm ki, nə edir?
Mənim yanımda olduğu müddətdə nə həbs edildi, nə də yıxıldı. 15 ildir ayrılmışıq. Tək oxumaq istədi, səhv etdi. Heç nə əldə edə bilmədi. Azadlığa çıxdıqdan sonra təşkil etdiyi yığıncağa məni niyə dəvət etmədiyini bilmirəm. Səbəbini soruşacağam”.