Müğənni Günel Məhərrəmova “Hər şey daxil” verilişində həmkarlarına söz atıb.
Teleqraf.com xəbər verir ki, Günel Məhərrəmova sosial şəbəkədə həyat yoldaşının üzünü gizli saxlayan məşhurlardan danışıb: “Son zamanlar çox biabırçılıqdır. Kişiliyi olmayan kişilikdən danışır. Ərə gedir və onun müəyyən hissələrini paylaşır. Əlini və sair... Biri barmağını göstərir... Ay bala, nə olub? Hamının var da. Sağlığınıza qismət”.
O, Sərxan Kərəmoğlunun “Şou-biznesdə olan insan kişilikdən danışa bilməz” sözlərinə də cavab verib: “İnsan özünü necə alçalda bilər? Bu artıq yediyi qaba tüpürməkdir. Sən də bu aləmdəsən. Müğənnilik çox şərəfli sənətdir. Bu gün bəzi analar öz uşaqlarını atırlar. Müğənnilərin arasında kim belə edir?”
Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu həyat yoldaşının, aktrisa Pərvin Abıyeva isə sevgilisinin üzünü gizli saxlayan məşhurlar sırasındadırlar.