Müğənni Fədayə Laçın bacısı İlahə Fədanın ona Tacir Şahmalıoğlu ilə duet oxumağı qadağan etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, müğənn “Show News” verilişində qonaq olarkən Tacir Şahmalıoğlu ilə toya getməyi barədə danşıb.
O, Tacir Şahmalıoğlu ilə toya gedəcəyi barədə yayılan xəbəri təkzib edib: “Hər zaman Tacirlə toylara birgə getmişik. O da, mən də ifaçıyıq. Bundan sonra da gedərəm. Biz heç vaxt düşmən olmamışıq. Danışmışıq, toylarda, verilişlərdə oxumuşuq. Bacım Tacir Şahmalıoğlu ilə oxumağıma qadağa qoymayıb. Şəxsən mənə elə bir söz deməyib”.