21 Noyabr 2019 13:39
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu Şəhərdə"nin üzvləri Rəfael İsgəndərov və Coşqun Rəhimovun yeni filmə çəkiliblər.

Teleqraf.com əbər verir ki, 11 ildən sonra Müşviq Abbasov "Şabaş" adlı filmini dekabrın 5-də “CinemaPlus” kinoteatrında tamaşaçılara təqdim edəcək.

Ənənəyə sadiq qalaraq filmin baş rollarını əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov ifa edib. Yeni layihəsi barədə Müşviq Abbasov açıqlama verib:

“İllər ərzində konsertlərə və qastrol səfərlərə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. İnşallah, tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib, tamaşaçıların ixtiyarına verəcəyik”.

Müşfiq Abbasov “Şabaş” filminin məzmunu haqda qısa məlumat da verib:
“Rəfael və Coşqun musiqiçi obrazını canlandırırlar. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Günlərin bir günü toylarına getdikləri müğənniylə pula görə davaları düşür. Sonra isə ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox toylara gedirlər. Həmçinin qadın toylarına da gedirlər. Hələlik bu qədər bəsdir, qalanını kinoteatrda izləyə bilərsiniz”.

Qeyd edək ki, “Bu Şəhərdə” komandası 11 il öncə "Ci-Mi" adlı film çəkmişdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər