Müğənni Roza Zərgərli Teleqraf.com-un suallarını cavablandırıb.
- Roza xanım, yeni layihələr üzərində işləyirsinizmi?
- Bəli, yaxın günlərdə Əkbər Əliyevlə ifa etdiyim “Mənə öyrət” duetinin klipini təqdim edəcəyik. Bununla yanaşı “Hipnoz” mahnıma klip çəkilcək . Prodakşnımda yeni layihələr təqdim ediləcək. Hazırda onların üzərində işləyirik. “Meşəbəyi” adlı yeni verilişə başlayırıq. Onun aparıcısı model Rüstəm Cəbrayılov olacaq.
Veriliş İctimai Televiziyada yayımlanacaq. Eləcə də moda ilə bağlı yeni layihəmiz olacaq. Ona aparıcı olaraq “Qusik Simon” ləqəbli tanınmış stilist Hüseyni nəzərdə tutmuşuq.
Realiti şou da etməyi düşünürük. Türkiyəli tanınmış bir simanı jüri heyətinə dəvət edəcəm. Müqaviləni imzaladıqdan sonra həmin məşhurun adını açıqlayacam.
- Dörd veriliş təqdim edəcəksiniz. Bu sizin müğənni kimi fəaliyytinizə mane olmur?
- Xeyr, sadəcə işim çoxalır.
- Millət vəkili Qüdrət Həsənquliyev “Müğənnilər 10-15 min manata toylara gedirlər, amma 30 manat vergi verirlər” demişdi...
- Əslində, o qiymətə nə toya gedirəm, nə də dəbdəbəli yaşam tərzim var. Övladlarımızı saxlamaq üçün əziyyət çəkirik, layihələr edirik. Qüdrət Həsənquliyevi şəxsən tanımıram. İnşallah, tanış olarıq. Hörmətim var, ziyalıdır. Amma bir-birimizə qarşı daha mehriban olmalıyıq.
- Yeni verilişlərinizə küsülü olduğunuz həmkarlarınızı dəvət edəcəksinizmi? Aygün Kazımova ilə barışmısınız?
- Aygünlə barışmışam. Ola bilsin ki, realiti şounun açılışını Aygün Kazımova edəcək. Mən “Maşın şou”nun qalibi olanda Aygün Kazımova haqqımda gözəl sözlər dedi. Amma küsülü olduğum həmkarlarım da var. Onların mənim layihəmdə nə işi?.. İnsanlar küsülü olduğu yox, xoşu gəlmədiyi adamı vururlar.
- Rəqqasə Fatimə Fətəliyevanın qızı ailə qurdu. Müğənni Nüşabə Ələsgərlinin qızının isə “hə” mərasimi olub. Maraqlıdır, qızınız Bənövşə nə zaman ailə quracaq?
- Hələ qızım üçün ərə getmək tezdir. Fatimənin qızı mənim qızımdan üç-dörd yaş büyükdür. Uşaqlarım böyük görünsələr də yaşda balacadırlar.
- Fatimə Fətəliyeva qızı evləndikdən sonra onu mətbuatdan uzaq tutur. Buna münasibətiniz necədir?
- Hər evin öz qanunları var. Mənim qızım da ailə qurandan sonra istəməsələr ictimai həyatdan uzaq duracaq.