Nənə olan əməkdar artist Elza Seyidcahan “Show News” verilişində maraqlı açıqlamalarla çıxış edib.
Teleqraf.com xəbər verir ki, əməkdar artist illərdir nəvə həsrəti çəkdiyini dilə gətirib: “Çox həyəcanlı və duyğuluyam. Oğlum Ələkbər illərdir evli idi. Bu nəvəni səbirsizliklə gözləyirdik. Nəvəmə qudamın adını qoymuşam – Akif. Hamı təəccüblənir ki, niyə onun adı?! Çünki onun 3 qızı var, oğlu yoxdur. Həm də Akif çox gözəl qayınatadır.
İstərdim ki, nəvəm Akif də babası kimi şəxsiyyətli oğul olsun. Öz babamın adı Şərafəddindir. İnşallah, nəvələrimin birinə də o adı qoyacağam”.