19 Sentyabr 2014 15:10
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Halil Sezai öz filminə baxmadı.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni prodüseri olduğu “Çilek” (“Çiyələk”) filminin qala gecəsində jurnalistlərlə gərgin anlar yaşayıb.

Azra Akın, Əhməd Olqun Sünear və Kadir Özdalın baş rolda çəkildikləri film haqqında “İnşallah reytinqi bol olar” deyən sənətçini müxbirlərin sualı əsəbləşdirib.

Belə ki, “Təşkilatçı Ərkan Özarman deyir ki, Azranın ayağı düşərli deyil, hansı layihədə olursa, həmin iş alınmır” sözlərinə H.Sezai “Ərkan kahindir? Hardan bilir? Siz məni çox əsəbləşdirirsiniz” deyərək filmi izləmədən salonu tərk edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər