29 Noyabr 2019 12:52
3 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova “Hər şey daxil” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova Tarix (Tolik) Əliyevin “Deyirlər anasının hesabına adam oldu” sözünə belə reaksiya göstərib: “Əsas odur ki, Rəqsanə xanımın qızı kimi gəlib, Aysun İsmayılova kimi sevildim. Başqa müğənnilərin qızları bacarmadı, gündəmdə yoxdurlar”.

Aysun İsmayılova açıq-saçıq geyimlərinə anasının müdaxilə etmədiyini də deyib: “Anam sənətdən başqa heç nəyə qarışmır. İstəsəm açıq, istəsəm də qapalı geyinirəm”.

Qeyd edək ki, bir neçə il öncə xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva müğənni kimi fəaliyyətə başlasalar bu sahədə fəaliyyətlərinə davam etməyiblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər