29 Noyabr 2019 14:23
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elnarə Abdullayeva “Show news” verilişində müğənni Nigar Camalın onu tanımamasına cavab verib.

Teleqraf.com-un məlumatına görə, Elnarə Abdullayeva deyib: “Tanımır, gedib yazığı vurub öldürüm? Mən də o xanımı tanımıram. Seyid Şuşinski demişkən, hələ bir soruşun, muğam ifaçıları kimisə bəyənir, ya yox? Biz muğam ifaçısıyıq, şou adamı deyilik. Biz xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq.

Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirən bizik. Kiminsə bizi tanıyıb-tanımaması, bəyənib-bəyənməməsi önəmli deyil. Biz Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik”.


Müəllif: Teleqraf.com