2 Dekabr 13:07
447

Meyxanaçı Pərviz Bülbülə ilə Türkan Vəlizadə küsülülüyə son qoyublar.

Teleqraf.com xəbər verir ki, Pərviz Bülbülə ilə Türkan Vəlizadə “Hər şey daxil” verilişində qonaq olublar.

Türkan Vəlizadə Tarix (Tolik) Əliyevin “Deyilənə görə, Pərviz Bülbülənin ailəsində qısqanclıq olduğu üçün Türkandan ayrılıb” sözlərinə belə reaksiya verib:

“Onların evinə gedirəm. Yaxşı ki, Pərviz Bülbülə ilə duet oxudum, hörmət, inam qazandım. Mən Pərvizin ailəsinin nömrəsini bilmirəm. Amma oğlu İsmayıl məni çox istəyir” deyə, cavab verib.

Pərviz Bülbülə isə “Evdə qısqanclıq olsaydı, ilk dəfə ifa etdiyimiz duetdən sonra olardı” deyib.


Müəllif: Rəqsanə Həsənova