2 Dekabr 2019 20:00
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Sarayda “Qış nağılı” filminin təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, “Qış nağılı” filmi Yeni il gecəsi baş verən hekyədən bəhs edir. Film iki seriyadan ibarətdir.

Filmdə xalq artistləri Murad Dadaşov, Sənubər İsgəndərli, Səidə Quliyeva, rejissor Əbdül Mahmudov, aktyorlar Elməddin Cəfərov, Elcan Rəsulov, Samir Ələsgərov, aktrisalar Zülfiyyə Qurbanova, müğənni Dilarə Kazımova rəqqasə-aktrisa Oksana Rəsulova, rejissor Aqil M. Quliyev və başqaları rol alıb.

Filmdə ailəsinə öz hesabına böyük hotel otağı tutan imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gedən cütlüklərin hekayəsində bəhs edilir.

Ekran işində Yeni il şousu üçün Türkiyədən hotelə gələn Halil Sezai və Müge Boz da rol alıb.

Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadəyə məxsusdur.


Müəllif: Rəqsanə Həsənova