3 Dekabr 2019 13:24
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahanla muğam ifaçıları arasında qalmaqal yaranıb.

Teleqraf.com xəbər verir ki, Elza Seyidcahanın “Atv maqazin onlarla” verilişində xanəndələrinin ünvanına “Nə qədər qışqırarlar? Artıq onlara qulaq asa bilmirəm, məni yorurlar. Hətta onların arasında əməkdar artist və xalq artisləri də var” deyib.

Muğam ifaçılarının Elza Seyidcahana cavabı gecikməyib.

Xalq artisti Alim Qasımov: “ Elza xanımın “qışqıra-qışqıra” ifadəsi biədəb çıxır.

Xalq artisti Mələkxanım Əyyubova: “İrad bildirməyin də qaydası var. Hər kəs bilməlidir ki, kimin yanında nə danışır”.

Əməkdar artist Fərqanə Qasımova: “Bunu məcbur edən tamaşaçılardır. Zil tonda özlərini göstərməlidirlər ki, onları alqışlasınlar”.

Əməkdar artist İlkin Əhmədov: “Dinləyə bilməyən çölə çıxsın!”


Müəllif: Teleqraf.com