3 Dekabr 2019 15:40
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova həmkarı Röya Ayxana cavab verib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda bu sözləri qeyd edib: “Səhnəyə çıxdığım ilk gündən kimi təriflədim, hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım.

Şükür ki, arzularımın adamı həyatımdadır. Əziz dostlar yaxşı ki, varsınız”.

Qeyd edək ki, xalq artisti Röya Ayxan “3D” verilişində xalq artisti Brilliant Dadaşovanın Azərbaycan mahnısını oxuyan erməni əsilli müğənninin ifasına "super" şərhi yazması haqda bu sözləri deyib: “Bəs, niyə sonra şərhi pozdu? Deməli, etdiyinə güvənmək istəmədi. Mən millətimi incidən adama “super” yazmaram. Brilliant xanımla razı deyiləm. Qarabağlıyam, nəslim-köküm əziyyət çəkir".


Müəllif: Teleqraf.com