19 Sentyabr 2014 20:42
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktrisa Fahriyə Evcen “Kurt Seyit və Şura” serialında çəkilməyə başlayıb.

Cazibədar aktrisanın hər seriyaya görə 25 min lirə (təxminən 8 min manat) alacağı bildirilir.

Xatırladaq ki, Fahriyə serialda Kurt Seyidin (Kıvanc Tatlıtuğ) həyat yoldaşını, yəni, Murka obrazını canlandırır. Əvvəlcə aktrisaya hər seriya üçün 30 min lirə qonorar nəzərdə tutulsa da, onunla eyni serialda rol alan həmkarı Farah Zeynəb Abdullah buna etiraz etmişdi. Hər seriyadan 20 min lirə qazanan Farah Fahriyənin ondan daha çox gəlir əldə edəcəyini öyrənəndə çəkiliş meydançasında dava salmışdı.

Nəticədə serialın produüeri hər iki aktrisaya da eyni miqdarda (25 min lirə) qonorar vermək qərarına gəlib.


Müəllif:

Oxşar xəbərlər