5 Dekabr 2019 11:42
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasov şikayət edib.

Teleqraf.com xəbər verir ki, hazırda yaşadığı mənzili iki nəfərə satılan Müşfiq Abbasov İnstaqramda bu sözləri yazıb: “Görəsən, bu şəhərdə yalnız məndən (Müşviq Abbasovdan), yoxsa hamıdan əlində dövlət notariusunun təsdiqlədiyi alqı-satqı ilə mənzil alandan sonra Dövlət Əmlak Komitəsinin verdiyi çıxarışı (kupçası) ola-ola 4 il məhkəmələrdə sürünəndən, vəkillərə pullar xərcləyənəndən sonra, bir ömür pul yığıb aldığın evini-mülkünü alıb kiməsə verirlər?

Yoxsa hər şəhərdə, hamıda belədir? Allah xalqımızı mərdiməzardan, ev yıxandan, fahişənin şərindən qorusun”.

Qeyd edək ki, Müşfiq Abbasovun 145 minlik dəyərindəki evi iki nəfərə satılıb. O bir müddət əvvəl Ali Məhkəmənin Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamadığını və onun xeyrinə qərar çıxdığını açıqlamışdı. Prodüser növbəti məhkəmənin də onun xeyrinə qərar çıxacağını demişdi.


Müəllif: Rəqsanə Həsənova