6 Dekabr 2019 12:35
2 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fəlakət” obrazı ilə sevilən aktyor Elşən Orucov Teleqraf.com-un suallarını cavablandırıb.

- “Fəlidən doğru xəbər” adlı “Youtube” layihəsinə başlamısınız.

- Bəli, artıq ikinci verilişi təqdim edəcəyik. Bu dəfə qonağım xalq artisti Röya Ayxandır.

- Bildiyimizə görə, bu layihəni yayımlamaq üçün kanallardan təklif gəlib.

- Bəli, təklif var, sağ olsunlar. Amma “Fəlidən doğru xəbər” “Youtube” üçün nəzərdə tutulduğuna görə hələ ki bu haqda fikirləşmirik. Gələcəkdə müsbət cavab ola bilər. İstəyənlər “Youtube” kanalında da izləyə bilərlər.

Birinci verilişdən sonra bir az ara verdik, çünki kanalımız təzə idi. Burada keyfiyyət üçün 40-a yaxın adam işləyir. Növbəti qonağım isə aktyor Elməddin Cəfərov olacaq.

- “Fəlakət”obrazı “Bozbash pictures” ilə tanındı. Bu dəfə isə aparıcı kimi tamaşaçıların görüşünə gəlirsiz.

- Fəlakət ilk dəfədir veriliş aparır, öz yanaşması və məntiqi var. Təbii ki, zarafatın içində iynəli suallar da var. İnanıram ki, buna görə məndən heç kim inciməyəcək. Tənqid etmirik, sadəcə bəzi nüanslar var, düşünük ki, o sualı filankəsə necə verəcəyik? O tipli sualları Fəlakət çəkinmədən soruşur. Qonaqlar da inanıram ki, ondan inciməyəcəklər.

- Elşən bəy, həyat yoldaşınızdan ayrılmadığınızı desəniz də şayiələr davam edir. Şəxsi həyatınızda hər şey normaldırmı?

- Şəxsi həyatımda hər şey yaxşıdır və həmişə belə olub. Niyə haqqımda bu haqda xəbər yayılır, bilmirəm. İstəməzdim nəinki mənim hətta başqa insanlar haqqında da şayiə yaysınlar. Əlbəttə, həyat yoldaşımdan ayrılmağım yalan məlumatdır. İnsanlar kiminsə şəxsi həyatını müzakirə edəndə ilk öncə özlərinə baxsınlar.

- Həmkarlarınız Nicat Rəhimov, Ramin Babayev qala gecələrə həyat yoldaşları ilə gəlirlər. Sizi heç vaxt həyat yoldaşınızla birlikdə görməmişik.

- Hərənin öz fikri var, mənim baxışım tamamilə başqadır. Düşünürəm ki, insanlara mən maraqlıyam. Onu da təqdim edirəm.

- Filmlərdən əldə etdiyiniz ən yüksək qonorar nə qədərdir?

- Bu sahədə ən çox qonorar alan aktyorların birincisiyəm.


Müəllif: Rəqsanə Həsənova