8 Dekabr 2019 21:26
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli müğənni Rihannanın "Qalatasaray"ın qapıçısı Fernando Muslera haqqında 5 il əvvəlki paylaşımı yenidən gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, 2014-cü ildə keçirilən dünya çempionatında İngiltərə ilə Uruqvay arasında keçirilən qarşılaşma zamanı futbolçunun sərgilədiyi performansdan sonra sənətçi onun haqqında "Muslera işini çox yaxşı görür" deyə "tvit" atmışdı.

Azarkeşlər uruqvaylı futbolçunun "Alanyaspor" ilə qarşılaşmasındakı oyunundan sonra Rihannanın həmin "tvit"ini paylaşmağa başlayıblar.


Müəllif: Teleqraf.com