11 Dekabr 2019 23:31
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb.

Telefon zənglərinə özü cavab verən xalq artisti Teleqraf.com-a açıqlamasında ölümü haqda şayiə yayanları tənqid atəşinə tutub: "Hər şey yaxşıdır, sağ-salamatam. Vicdansızlar yalandan şayiə yayıblar. Elə adamların dərsini vermək lazımdır. Onları necə tapmaq olar? Narahat olduğunuz üçün çox sağ olun".

Qeyd edək ki, sosial şəbəkələrdə Niyaməddin Musayevin ürək çatışmazlığından dünyasını dəyişdiyini haqda xəbər yayılıb.


Müəllif: Rəqsanə Həsənova