12 Dekabr 2019 19:30
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktyoru Berk Oktay ilə boşanma ərəfəsində olduğu həyat yoldaşının məhkəməsi olub.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə foto və videoları yayılan Berk Oqtay boşanma ərəfəsində olduğu həyat yoldaşı Merve Oqtaydan şikayət edib. Berk Oktay məhkəmədə həyat yoldaşının onun kariyerasını məhv etmək üçün fotolarını yaydığını iddia edib.

Qarşı tərəf isə haqqındakı iddiaları yalanlayaraq “Sosial şəbəkədə səninlə birlikdə mənim də fotolarım və səs yazım yayıldı. Məhkəmədə zərəçəkmiş qismində çıxış etmək əvəzinə günahkar kimi ifadə verirəm” deyə cavab verib.

Məhkəmə təxirə salınıb.


Müəllif: Rəqsanə Həsənova