14 Dekabr 2019 11:40
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avrovizya -2010” təmsilçimiz Safura Əliyeva səhnəyə qayıdır.

Teleqraf.com xəbər verir ki, bu haqda "INFE Azerbaijan” səhifəsində məlumat verilib:

“Nəhayət! İllərdir gözlədiyimiz an gəlib çatdı. “Eurovision” təmsilçimiz Uil Teylor və Maykl Ceyms Daun tərəfindən hazırlanan “High On Your Love” adlı yeni mahnı ilə səhnəyə geri dönüş edir”.

Qeyd edək ki, Safura Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün üç övladı var.

Müğənni ailə qurduqdan sonra sənətdən uzaqlaşmışdı.


Müəllif: Rəqsanə Həsənova