15 Dekabr 2019 22:15
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda "Miss World 2019" gözəllik yarışması keçirilib.

Teleqraf.com xəbər verir ki, dünyanın ən gözəl qızı ünvanı Yamaykadan olan 23 yaşlı Toni-Ann Singhə nəsib olub.

Ona gözəllik tacını isə ötən ilin qalibi Vanessa Ponce taxıb. Toni-Ann Tvitter hesabında etdiyi açıqlamada dünyadakı gənc qızlara səslənib:

"Dünyanın dörd bir yanındakı gənclərə səslənirəm. Özününzə inanın. Xəyallarınızı gerçəkləşdirəcək qədər dəyərli və haqlı olduğunuzu bilin. Bu tac mənim deyil, sizindir".

Yarışmada ikinci yer Fransanın, üçüncü yer isə Hindistanın olub.


Müəllif: Teleqraf.com