16 Dekabr 2019 13:06
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam Röya Ayxanın xalq artisti fəxri adına layiq görülməsini dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, müğənni “ATV-maqazin onlarla” verilişində açıqlaması ilə yeni qalmaqalın əsasını qoyub.

O, Röya Ayxanı nömrə bir adlandırıb: “Fəxri ad almaq ona halaldır. Röya mənim çox yaxın rəfiqəmdir. Həmişə deyirlər ki, Röya bir nömrədir. Deyirəm ki, onun çəkdiyi əziyyəti heç birimiz çəkməmişik. Bir nömrə olmaldır da… Bəs, bir nömrə kim olsun?”

O, ifaçıların düzgün oxumamalarını da tənqid edib: “Azərbaycancanda ifaçıların çoxu düzgün oxumur. Özümdə də bu çətinliyi hiss etmişəm. Nəfəsdən yox, qarından oxumaq lazımdır”.

Qeyd edək ki, xalq artistləri Aygün Kazımova və Röya Ayxan şou-biznesdə nömrə bir olmaq uğrunda daim rəqabət aparırlar.


Müəllif: Rəqsanə Həsənova