16 Dekabr 2019 13:28
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın adından dələduzluq ediblər.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib:

“Mənim adımdan sosial şəbəkədə səhifə açanda fan-səhifə olduğunu qeyd edin. Bir xanım adımdan prodüserim kimi səhifə açıb. Guya səhifəni mən açdırmışam. Proqramistlə danışır, səhifə ilə bağlı iş gördürür, xalqın pulunu vermir. Həmin adam məni axtarıb tapır ki, sizin prodüseriniz pulumuzu verməyib, ödəniş etməlisiniz.

Halbuki bu səhifəmdən başqa İnstaqram səhifəm yoxdur. Çox xahiş edirəm, səhifə işlədirsinizsə dürüst işlədin. Belə ucuz variantlara getməyin! Bizim adımızı hallandıraraq camaata pul atmayın!”


Müəllif: Rəqsanə Həsənova