16 Dekabr 2019 15:07
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan müğənni İradə İbrahimova ilə xalq artisti Röya Ayxanın illərdir davam edən küsülüyünə son qoyulub.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə İradə İbrahimovanın ifa etdiyi “Kimdir günahkar” mahnısını dinləyərək video paylaşıb.

İradə İbrahimova isə xalq artistinə “Doğrudan kimdir günahkar?” deyə sual ünvanlayıb. Röya isə “Gəl, tanış olaq” deyə cavab verib.

İradə İbrahimova daha sonra İnstaqramda belə qeyd yazıb:“Bağışlamaq, təkrar daha gözəl münasibət qurmaq deyil. Beynində səni sıxanı, nəfsini çətinləşdirəni olduğu yerə qoymaqdır. Bağışlamaq, bağışlanmaq bilirəm çox çətindir. Bir anda olmur, bir neçə dəfə sınayırsan. Gün gəlir və baxırsan ki, artıq çox yol qət etmisən. Zaman…İnciyənlərə, incidənlərə salam olsun!”.

Qeyd edək ki, İradə İbrahimova ilə Röya Ayxan arasında qalmaqal yaşanmışdı. Röya Ayxan onu ”İradə xala” deyə tənqid etmişdi.


Müəllif: Rəqsanə Həsənova