Röyanın İnstaqramda paylaşdığı qırmızı don qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, izləyicilər donu heç də birmənalı qarşılamayıblar, fotonun altından xoşagəlməz şərhlər yazıblar. Röya isə növbəti foto paylaşaraq kinayə ilə məsələyə belə aydınlıq gətirib:
“Alo, alo ay fındıqlar. O qırmızı paltarın önündən tikiş gedir və sinədə bitir. Özünü ağıllı sayanlar, paltarın sinəsi 3 qat dəridi, korset kimi altından geysən də geyməsən də görsənməz heç vaxt. Sadəcə YSL sizin kimiləri düşünməyib”.
Pərvin