24 Dekabr 2019 01:36
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” estrada teatrının aktyorları - əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov Ukraynadan sonra bu dəfə də Rusiyadakı tamaşaçıları ilə görüşüblər.

Teleqraf.com xəbər verir ki, “Bu Şəhərdə” komandası Yekaterinburqda konsert verib.

Konsert anşlaqla keçib və tamaşaçılar aktyorlarlarla görüşüb, şəkil çəkdiriblər.

Gecənin aparıcılığı əməkdar artist Rəşad İlyasova həvalə olunub.

“Bu şəhərdə” komandası Dünya Azərbaycanlarının Həmrəylik gününə həsr olunmuş konsertində təşkilatı dəstəyi görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskiyə və Amor gənclər təşkilatının Yekaterinburqdakı nümayəndələyi öz minnətdarlığını bildirib.

“Bu Şəhərdə”nin qastrol səfərindən görüntülərini təqdim edirik:


Müəllif: Rəqsanə Həsənova