24 Dekabr 2019 14:25
2 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərlinin oğlu, Qaraçuxur Bələdiyyəsinin üzvü seçilən Corc Qafarov Teleqraf.com-un suallarını cavablandırıb.

- Necə oldu bələdiyyə seçkilərində iştirak qərarına gəldiniz? Səs toplayaraq Qaraçuxur Bələdiyyəsinin üzvü seçilməyinizə inanırdınızmı?

- Bəli, səsi Qaraçuxur sakinləri verib, onlara çox təşəkkür edirəm. Düzü, bu işin üzərinə çox düşməmişəm ki, kimsə mənə səs versin. Sadəcə adımı görüblər, tanıyıblar və səs veriblər. Beləliklə, istəkli oldum, sənədlərimi toplayıb təqdim etdim və seçildim.

- Bu haqda ilk xəbəri kimdən öyrəndiniz?

- Məlumatı saytlardan oxudum. Sonra bələdiyyə sədri məlumat verdi.

- Roza Zərgərlinin reaksiyası necə oldu?

- Anam çox sevinclidir və mənə yol göstərir. Və o da bu məslədə çox istəkli idi. Əslində o istiqamətləndirdi ki, bunu etməlisən və bacararsan. Təbii, mən də çox istəyirdim ki, bələdiyyənin üzvü seçilim. Dostlarım da normal qarşıladılar və təbrik etdilər. Mən də sevincliyəm.

- Gələcəkdə siyasətə qoşulmaq fikriniz varmı?

- Hər şey ola bilər.

- Hazırda “İmtahan” serialına çəkilirsiniz. Gələcək planlarınızda nələr var?

- Aktyor kimi fəaliyyət göstərirəm. Akademik Milli Dram Teatrının aktyoruyam, seriallarda çəkilirəm. Hələ ki, öz fəaliyyətimlə məşğulam.


Müəllif: Rəqsanə Həsənova