24 Dekabr 2019 20:57
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc Qafarovun ötən gün keçirilən seçkilərdə Qaraçuxur bələdiyyəsinə üzv seçilməsindən yazıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib:

"Dünən ölkəmizdə keçirilmiş bələdiyyə seçkiləri zamanı mənim mənəvi oğlum Corc Qafarov Suraxanı Rayon Qaraçuxur bələdiyyəsinin üzvü seçilib. Bunun üçün ölkəmizdə yaratdığı demokratik seçki ab-havasına görə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Corc həm məni bir ana kimi sevindirib, həm də yaradıcılıq uğurları ilə yanaşı, böyük bir siyasi karyeraya başlayıb. .

Hamı bilir ki, Corc Suraxanıda uşaq evində böyümüş, bizim ailəmizə daxil olmuş, təhsil almış, daha sonra isə təhsilini ali təhsil olaraq davam etdirmiş, hərbi xidmətini uğurla başa çatdırmış və bu gün yaradıcıllıq fəaliyyəti ilə məşğul olur. Doğrudan da, Azərbaycanda demokratiyanın ən böyük göstəricisi Azərbaycan gəncliyinə yaradılmış şəraitdır ki, uşaq evində böyümüş bir uşaq seçkili orqanda təmsil oluna bilər".


Müəllif: Teleqraf.com