26 Dekabr 2019 10:23
2 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzərlə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, müğənni İradə İbrahimova türkiyəli həyat yoldaşının ünvanına bu sözləri yazıb: “Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara qatlaşmağı bacaran bir xarakter istəyir. Qatlaşılacaq, dözüləcək bir iş deyil əslində evlənmək.

Həyat yoldaşı, həyatımızı böldüyümüz, pay etdiyimiz insandır. Bu sözüm qarşı tərəf üçün də keçərlidir. Münasibətlər "Dözürəm, neyniyim" deyərək davam etdirilməz. Bu cür düşünən nə qadına, nə də kişiyə hörmət edirəm. Həqiqətən bir-birinə bağlı iki insan üçün gəncliyin əldən getməsi fəlakət deyil.

Bir- birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur, səninlə yaşlanmaq istəyirəm, dəliqanlı, Ceyhun İzər.

Çox şanslıyam və bu həyatda hər zaman şükür etməyimə səbəb oldun. Mən səndən çox razıyam. Allah da səndən razı olsun. Tanış olduğumuz 2001-ci ilə salam olsun. Çox sevirəm”.

Qeyd edək ki, İradə İbrahimova ilə Ceyhun İzərin iki övladı var.


Müəllif: Rəqsanə Həsənova