26 Dekabr 2019 14:38
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadiq Qafarzadə ikiüzlü və qəddar insanlardan şikayətlənib.

Teleqraf. com xəbər verir ki, müğənni “Şou-nyus” verilişinə açıqlamasında bu sözləri deyib:

“Yalandan gülməkdən üzümüz qırış bağlayıb. Həyat belədir, səmimi insanlar azalıb. Bilmirəm son zamanlar nə baş verir? İnsanların çoxunda həya sözü qalıb, həyanın özü qalmayıb. Bax, budur acınacaqlı hal. Onlara hansı iynə vurulur ki, zombiləşirlər?..

Yaxşı insanların axtarışındayam. Yaxşı insanları gönəndə deyirəm ki, yaşamağa dəyər. Pis insanları görəndə isə deyirəm ki, Allahım, canımı tez al, bunların içində qalmayım”.


Müəllif: Rəqsanə Həsənova