27 Dekabr 2019 00:17
2 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eşkıya Dünyaya hükümdar olmaz" serialında İlyas obrazını canlandıran aktyor Ozan Akbaba Bakıya gəlib.

Ozan Akbaba Teleqraf.com-un suallarını cavablandırıb.

- Ozan bəy, Bakıya ilk dəfədir gəlirsiniz?
-Bəli, ilk dəfədir ki, Bakıya gəlirəm. Bir müddət əvvəl Oqtay Kaynarca da gəlmişdi. Bakını çox təriflədi. Mənim buraya özəl sevgim var.

- Ölkəmizin tarixi məkanlarına getdinizmi?
- Bu gün gəlmişəm, hələ ki, gəzə bilməmişəm. Sabah da Bakıda olacam. Sadəcə İçəri şəhər haqda məlumat veriblər və oranı da görməyi çox istəyirəm.

- Ümumiyyətlə, Azərbaycan mədəniyyəti haqqında məlumatınız varmı?
- Rəşid Behbudov, Şövkət Məmmədovanın mahnılarını çox sevirəm. Dinlədiyim Azərbaycan sənətçiləri çoxdur. Hətta "Arşın mal alan" operasını da dinləmişəm.

- Toyunuzda Azərbaycan musiqisi "Tərəkəmə"ni oynadınız.
- Biz qaraqalpaq türküyük və ona görə rəqs edərkən çətinlik çəkmədik. Amma yutubda videoya çəkilən bir şərh diqqətimi çəkdi, yazmışdılar ki, özü yaxşı oynamır. Yəqin ki, həyat yoldaşı azərbaycanlıdır və ondan yaxşı oynayır. Amma həyat yoldaşım Konyalıdır.

- Həmkarınız Oqtay Kaynarca bir müddət əvvəl Bakıya gəldi və buradan ev almaq istədiyi dedi. Sizin necə belə bir fikriniz varmı?
- İnşallah. Bakı çox gözəl şəhərdir və niyə də olmasın. Mən Bakıya yaşamağa belə gələrəm. Yetər ki, buraya gəlməyə vaxtım olsun.

- Azərbaycan film və seriallarından təklif gəlsə dəyərləndirərsinizmi?
- Bəli, yaxşı layihələri hər zaman dəyərləndirirəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər