22 Sentyabr 2014 20:18
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Ebru Gündeş bu il də “O səs Türkiyə” yarışmasında münsif olaraq qalır. Müğənni yeni mövsümdə ekranda şıqlığını nümayiş etdirmək istədiyi üçün indidən qarderobunu yeniləyib. Yeni aldığı paltarlara ümumilikdə 400 min lirə (təxminən 140 min manat) pul xərcləyən Ebru sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

“Tvitter” istifadəçilərindən bəziləri “biz yeməyə çörək tapmırıq, bunlar geyimə bir evin pulunu xərcləyirlər” tipli şərhlər yazıblar.

Xatırladaq ki, Ebru Gündəş ötən il də alış-verişdə 1, 5 milyon lirə (təxminən 525 min manat) xərcləyərək gündəmə gəlmişdi.

Tabloid.az


Müəllif:

Oxşar xəbərlər