Dünyanın ən sağlam saça malik qadınları hindlilərdir. Çünki gur və tünd saçların qadınlığın tacı olduğuna inanan hind qadınları müntəzəm olaraq saçlarının yağlarla masaj edirlər və təbii tərkibli şampunlardan istifadə edirlər. Hindli qadınlar saçlarını yuduqdan sonra mütləq masaj edirlər. Masajın iki mühüm funksiyası var: Hüceyrə və toxumanın qidalanmasını təmin etmək, bədəni toksinlərdən təmizləmək. Baş bölgəsinə edilən masaj qan dövranını sürətləndirir və bu sayədə qidalandırıcı maddələr saç köklərinə daha yaxşı nüfuz edir.
Amma danılmaz bir faktdır ki, müasir dövrdə qadınların saçları daha çox tökülür. Çünki şəhər həyatı, stress və havanın həddindən ziyadə çirklənməsi qadınların saçının tökülməsini sürətləndirib. Tabloid.az sağlam və gur saçlara qoruşmağın yollarını bölüşür.
Müasir dövrün qadınları bir çox işi eyni anda görmək məcburiyyətindədirlər. Ən yaxşı ana, ən yaxşı həyat yoldaşı, ən yaxşı iş qadını... Məhz bu qaçaqaç, stress əvvəlki illərlə müqayisədə qadın və kişilərdə saç tökülməsinin artmasına yol açıb. Stressin təkan verdiyi saç tökülməsini nəzarət altına almaq daha çətindir və çox vaxt da tibbi müdaxilə tələb edir.
Harvardlı saç mütəxəssisi Teo Kim Teik havanın çirkləndirilməsi ilə əlaqədar qadınların hər gün saçlarını yumasını təklif edib. O, hər gün saçları yumağın saçları zəiflətdiyi kimi fikirlərin yanlış olduğunu bildirib:
“Havanın çox çirkli olduğu şəhərlərdə yaşayanların hər gün saçlarını yuması lazımdır. Havanın çirklənməsi məsamələri bağlayır. Saçın hər gün yuyulmasının heç bir zərəri yoxdur. Hətta əgər hava çirklənməsi yüksək səviyyədədirsə, hər gün saçlarınızı yuyun. Çünki ekoloji vəziyyət saç məsamələrinin nəfəs almasını çətinləşdirir. Nəfəs almayan dəliklər saç tökülməsi, qaşıntı, qızartı, kəpək kimi saç problemlərinə zəmin hazırlayır”.
Saç baxımında doğruları və tez-tez edilən səhvləri izah edən məşhur mütəxəssisə görə, gözəl saçların formulu belədir: Günəş, masaj və taxta daraqr. Amerikalı mütəxəssisin saçla bağlı inancları darmadağın edəcək fikirlərini təqdim edirik:
* Saçları tökən səbəblər şampun və ya saç kremi deyil! Çünki şampunun komponentləri dəri altına düşməz. Bu mənada şampun dəridə yalnız təmizləyici təsirə malikdir. Yuma və darama zamanı əlimizə gələn saçlar ən az 3 ay əvvəl böyüməsi dayanmış və qida mənbəyindən ayrılmış olan saçlardır.
* Saçları qırxdırmaq saçları çoxaldır, gurlaşdırır. Saçla bağlı ən səhv inanclardan biri də onları qırxdırmaqdır. Guya bu üsul saçları möhkəmləndirir. Bu, tamamilə yanlışdır. Saçları qırxdırmağın heç bir faydası yoxdur.
* Boya, jele, şampun, saç kremi saç tökülməsinə təkan verə bilməz! Saçın xarici hissəsi ölüdür. Saç xarici hissəsinə görülən bütün işlər adı üstündə saçın xaricdədir. Boya kimi proseslər saçın köhnəlməsinə, tez-tez təkrarlanarsa, qırılmasına səbəb ola bilər, ancaq tökülməsinə təsiri yoxdur. Jele istifadə edən insanların bəzən gün sonunda saçlarını yaxalaması tələb olunur. Ancaq jele, köpük, vosk kimi forma verən məhsullar saç dərisinin altına keçmədiyi üçün saç itkisinə səbəb olmaz.
Saçlarınızın gur, sağlam olmasını arzulayırsınızsa, balanslı qidalanın.
Menyunuzdan zülal tərkibli qidalar - qırmızı ət, balıq, yumurta, pendir, qatıq əksik olmasın.
Saç dərinizi təmiz saxlayın.
Saç dərinizə kəpək, qaşıntı varsa, dərhal daha peşəkar şampunlar istifadə edin.
Saçın inkişafını sürətləndirmək üçün saç dərisi üçün losyonlar alın.
Stressdən uzaq olmağa çalışın. Yoqa, açıq havada gəzinti sizə kömək edə bilər.
D vitamininin saç və saç dərisi sağlığında çox əhəmiyyəti var. Odur ki, günəşli, gözəl günlərdə evdə qalmayın, gəzintiyə çıxın.
Hər yuma sonrası rütubəti həbs etməsi, daha asan daranması üçün mütləq saç kremi istifadə edin.
Həftədə 1-2 dəfə intensiv saçlara qulluq maskası çəkin.
Yumadan sonra saçlara yuyulmayan, saçları bəsləyən kremlər çəkin.
Plastik yerinə taxta daraq istifadə etməyə diqqət yetirin.