7 Yanvar 2020 21:42
6 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu "Hər şey daxil" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu şəxsi həyatı haqqında etirafı ilə fiqqət çəkib: "Oğlumun fotosunu sosial şəbəkədə paylaşmışdım.
Səhifələrin birində Əlinin fotosuna çox pis rəylər yazmışdılar. Ondan sonra evdə qərara alındı ki, fotonu sosial şəbəkədə paylaşmayacam.
Eləcədə həyat yoldaşımla birlikdə görünməyəndə də insanlar düşünürlər ki, həyat yoldaşından ayrılıb? Ona görə də özəl günlərdə və bayramlarda həyat yoldaşımın fotosunu paylaşaraq üzünə smaylik qoyuram".

Qeyd edək ki, Şəbnəm Tovuzlunun bir neçə gün öncə sosial şəbəkədə oğlu və həyat yoldaşının şəklini paylaşaraq üzlərini gizlətməsi tənqid edilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər