8 Yanvar 2020 10:57
2 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə fitnes məşqçisi Kənan Əliyevlə nişanlanan müğənni Aynişan Quliyeva sosial şəbəkədə ona ünvanlanan sualları cavablandırıb.

Teleqraf.com qısa müsahibəni təqdim edir:

- Gəlinlik seçmisiniz?

- Bəli, həm qız, həm də oğlan toyu üçün gəlinlik seçmişik.

- Nişanlınız ilə aranızda neçə yaş fərqi var?

- Altı gün fərq var.

- Sizin üçün ailə qurmaq tez deyildi?

- Azərbaycan üçün hətta gec idi. Amma mənim belə söbətlərlə əlaqəm yoxdur. Yaşımın artması önəm daşımırdı. İki aydan sonra 29 yaşım olacaq.

- Ailə qurandan sonra ananız evdə tək darıxacaq?

- Elə deyirsiniz, elə bil kosmosa uçuram.

- Sevgiyə nə zaman inanmaq olar?

- Sevdiyinizi boş sözlərlə deyil, hərəkətdə sübut edəndə inana bilərsiniz.

- Kənan bəyi qısqanırsınız?

- Münasibətimiz ilk başlayanda hə. İndi hərdən halım olanda...

- Nişanlınızı çoxdan tanıyırsınız?

- Bir-birimizi üç ildir ki, tanıyırdıq. Amma münasibət keçən il başladı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər