Rejissor-aktyor Kənan M.M-in həyat yoldaşı Aygün Mahmudova “Ona qalsa” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aygün Mahmudova həyat yoldaşını qısqanmadığını etiraf edib: “Türkiyədə seriala çəkiləndə narahat olmadım. Heç vaxt şübhələnmədim. Biz bir-birimizi qısqanmırıq”.
Aygün Mahmudova aparıcının “Eşitdiyimə görə, kimsə sənin İnstaqramına xoş sözlər yazıb, Kənan ona nələr deyib, dilimə gətirə bilmirəm” sözünə isə belə cavab verib: “Kənan söz deyə, məni qısqana bilər. Amma mən yalan deyə bilmərəm ki, qısqanıram. Bu, ya güclü xanım olduğuma görədir, ya da ona inamımdan irəli gəlir. Həyat yoldaşıma bəldəm, 11 ildir ki, evliyik. Türkiyədə seriala çəkiləndə yollarda qalırdı, on gündə iki dəfə gəlirdi”.