8 Yanvar 2020 16:18
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda xalq artisti Afaq Bəşirqızını Akademik Musiqili Teatrda pilləkəndən yıxılaraq xəsarət aldığı xəbəri yayılıb.

Akademik Musiqili Teatrının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda deyilir: “Afaq xanım hər gün işə gəlir. Tamaşası var və məqşləri gedir. Heç bir problem yoxdur. Hər şey qaydasındadır. Elə hadisə baş verməyib”.

Afaq Bəşirqızı ilə əlaqə saxlasaq da bu haqda danışmaq istəmədi.

Qeyd edək ki, bu haqda ilk məlumatı axşam.az saytı yayıb. Afaq Bəşirqızının beşinci mərtəbədən dördüncü mərtəbəyə yuvarlandığı və xəsarət aldığı qeyd edilib.


Müəllif: Rəqsanə Həsənova