9 Yanvar 2020 08:38
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur kanadalı müğənni Castin Biberdə Layma xəstəliyi aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sənətçinin özü “İnstaqram” səhifəsində məlumat verib.

O, qeyd edib ki, xəstəliyə görə iki ili çətin keçib: “Ağır xəstəliyin düzgün müalicəsi sayəsində sağalıram və yenidən səhnəyə qayıda biləcəm”.

Xatırladaq ki, Layma xəstəliyi, gənə dişləməsi ilə ötürülən beş növ bakteriyanın səbəb olduğu yoluxucu xəstəlikdir. Xəstəlik müxtəlif klinik təzahürlərə malikdir, o cümlədən: qızdırma, baş ağrısı, halsızlıq və dərinin ciddi zədələnməsi.

Bəzi hallarda oynaqların, ürək, sinir sistemi və gözlərin toxumaları zədələnir. Xəstəlik vaxtında müalicə olunmazsa ölüm və əlliliyə gətirib çıxarır.


Müəllif: Teleqraf.com